image-10backend

Gürcüstanda bəzi məhdudiyyətlər yumşaldılıb

image-reklam_sirab_01

Gürcüstanda pandemiya səbəbindən tətbiq olunan bəzi məhdudiyyətlər yumşaldılıb.

Veteninfo.az xəbər verir ki, hökumətin müvafiq qərarı bu gündən qüvvəyə minib.

Qərara əsasən, ziyarətçiləri “yaşıl” pasport əsasında qəbul edə biləcək restoranlar üçün saat məhdudiyyəti aradan götürülüb. Bundan öncə ictimai iaşə obyektləri yerli vaxtla saat 23:00-dək fəaliyyət göstərirdi.

Bununla yanaşı, Gürcüstanda tam vaksinasiya kursu keçmiş və vətənə quru yolla gedən ölkə vətəndaşları son 72 saat ərzində verilmiş PCR testin mənfi cavabını təsdiqləyən arayış təqdim etmək öhdəliyindən azad olunublar. Bu qrupa daxil olan vətəndaşlardan hava sərhədində də arayış tələb edilmir.

Digər qərarla isə qonşu ölkədə teatr, kinoteatr və operaya buraxılacaq tamaşaçıların sayı 30 %-dən 50 % -dək artırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image