image-27backend

Gürcüstanda COVID-19-a 5 204 yeni yoluxma qeydə alınıb, 83 nəfər ölüb

image-reklam_sirab_01

Gürcüstanda ötən sutka ərzində koronavirusa 5 204 yeni yoluxma halı təsdiqlənib, 83 nəfər vəfat edib.

Veteninfo.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Son 24 saatda daha 4 785 nəfər müalicə olunaraq sağalıb.

İndiyədək Gürcüstanda 791 115 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Onların 727 184-ü sağalıb, 11 140-ı isə ölüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki