image-41backend

Gürcüstanda daha 5 206 nəfərdə COVID-19 aşkarlanıb, 53 nəfər ölüb

image-reklam_sirab_01

Gürcüstanda son sutkada daha 5 206 nəfərə koronavirus diaqnozu qoyulub, 53 nəfər vəfat edib.

Reportun yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 738 171-ə, ölənlərin ümumi sayı isə 10 238-ə yüksəlib.

Ötən 24 saat ərzində 4 648, ümumilikdə isə 678 288 nəfər müalicə olunaraq sağalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki