Gürcüstanda ötən sutka ərzində daha 4 226 nəfərə koronavirus diaqnozu qoyulub, 53 pasiyent vəfat edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 875 806-ya, ölənlərin sayı isə 12 519-a yüksəlib.
Son 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 4 091 nəfər artaraq 817 963 olub.