Gürcüstanda koronavirusun “Omikron” ştamına yoluxmalarla bağlı bir neçə şübhəli hal araşdırılır.
Vətəninfo.az xəbər verir ki, laborator tədqiqatların cavabı yaxın günlərdə məlum olacaq.
Yerli epidemioloqlar COVID-19-un təhlükəli növünün Gürcüstanda da təsdiqlənəcəyini real hesab edirlər.
Qeyd edək ki, “Omikron” ştamı inidəyədk Rusiya və Türkiyə də daxil olmaqla, dünyanın 60-dan çox ölkəsində aşkarlanıb.