image-27backend

Gürcüstanda onlayn kazinolara qadağalar tətbiq olunacaq

image-reklam_sirab_01

Gürcüstanda onlayn kazinolar üçün vergilər artırılacaq və reklamı qadağan ediləcək.

Veteninfo.az  xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, onlayn kazinolardan istifadə edənlər üçün yaş həddi 18-dən 25-dək artırılacaq: “Onlayn kazinolar vasitəsilə ölkədən bir milyard 500 milyon lari çıxarılır. Bizim vətəndaşlar, gənclər hər gün bu oyunlarda oynayırlar və uduzurlar. Həmin şəxslərin 99 %-ni maddi imkanı olmayanlar təşkil edir”.

Hökumət başçısı deyib ki, növbəti mərhələdə ölkədə onlayn kazinoların tam qadağan edilməsi planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki