image-16304872092294647355_1000x669backend

Gürcüstanda son sutkada 74 nəfər isə pandemiyanın qurbanı olub

image-reklam_sirab_01

Gürcüstanda son sutka ərzində daha 3 min 886 nəfər koronavirusa yoluxub. Ölkə üzrə 4 min 103 nəfər müalicə olunaraq sağalıb, 74 nəfər isə pandemiyanın qurbanı olub.

Veteninfo.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, bu günədək ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 553 min 697 nəfərə, sağalanların sayı 497 517-yə, pandemiya qurbanlarının sayı isə 7 min 482-yə çatıb. Hazırda ölkədə 48 min 672 nəfər aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, avqustun 31-nə olan məlumata əsasən, Gürcüstanda 1 184 306 nəfər COVID-19-a qarşı peyvənd olunub. Onların 27,7 faizi vaksinin bir dozasını, 13,8 faizi isə hər iki dozasını qəbul edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki