Gürcüstanda son sutkada daha 2 164 nəfərə koronavirus diaqnozu qoyulub, 68 pasiyent vəfat edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 918 641-ə, xəstəlikdən ölənlərin sayı isə 13 289-a çatıb.
Ötən 24 saat ərzində 3 767, ümumilikdə isə 873 178 nəfər müalicə olunaraq sağalıb.