image-d1d990ef-e15e-3cd1-82bb-3ebc9787ca28_850backend

Gürcüstanda soydaşımız xarici ölkə vətəndaşının qətlində ittiham olunur

image-reklam_sirab_01

Gürcüstanda Avstraliya vətəndaşı 31 yaşlı Şanay Brukun qətlinin üstü açılıb.

Veteninfo.az-ın yerli bürosu xəbər verir ki, ekspertiza nəticəsində hadisəni törədən şəxsin Tbilisi sakini 33 yaşlı R.M. adlı şəxs olduğu müəyyən edilib.

Gənc bu gün Tbilisidə yaşadığı evdə saxlanılıb. Ona qarşı qəsdən adam öldürmə maddəsi üzrə ittiham irəli sürülüb.

Gürcüstanın yerli televiziya kanallarının yaydığı məlumata əsasən, saxlanılan şəxs Rafael Mursaqulovdur. Soydaşımızın günahı sübuta yetirilərsə, onu 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Ş.Bruk bu ilin iyulun 30-da itkin düşüb. O, bir ildən çox müddətdə Batumidə ingilis dili pedaqoqu işləyib və Tbilisiyə istirahətə yollanıb. Qadının meyiti növbəti gün Tbilisidə Mtatsminda dağının yamacında aşkarlanıb. Əcnəbi vətəndaşın soyuq silahla öldürüldüyü bildirilir.image-tt

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki