Gürcüstanda koronavirus əleyhinə vaksininin üçüncü – buster dozasının vurulması üçün tələb olunan müddət 6 aydan 5 aya endirilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi qərar qəbul edib.
Çində istehsal edilən vaksinləri vurduranlara üçüncü dozanın ən azı 3 ay keçdikdən sonra vurulması tövsiyə olunub.
Qüvvətləndirici doza kimi qəbul edilən peyvənd və ya digər preparatdan istifadə etmək mümkün olacaq.
Qeyd edək ki, Gürcüstanda buster doza 18 yaşdan yuxarı şəxslər üçün əlçatandır.