image-77backend

Gürcüstanın hakim partiyası Tbilisidə 100 minlik mitinq keçirir

image-reklam_sirab_01

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının Tbilisidəki Azadlıq meydanında mitinqi başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, kütləvi aksiyaya “Basiani” ansamblının ifasında dövlət himninin oxunması ilə start verilib.

Mitinqdə partiya tərəfdarları ilə yanaşı, hökumət üzləri də iştirak edirlər.

Hazırda mitinqçilər qarşısında Baş nazir İrakli Qaribaşvili çıxış edir.

15:56

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası Tbilisidəki Azadlıq meydanında kütləvi aksiyaya hazırlıqları başa çatdırıb.

“Report”un yerli bürosu xəbər verir ki, səhər saatlarından etibarən şəhərin mərkəzi küçə və prospektləri avtomobillərin hərəkəti üçün bağlanıb.

Partiyanın bir sıra regionlardan olan çoxsaylı tərəfdarları artıq Azadlıq meydanında toplaşırlar. Aksiya saat 17:00-da başlayacaq.

“Gürcü Arzusu”ndan bildirilib ki, mitinq yerli seçkilərin ikinci mərhələsi ərəfəsində yekun aksiyadır. Hakim partiya mitinqə 100 min nəfərin qatılacağını gözləyir.

Qeyd edək ki, yerli seçkilərin II turu oktyabrın 30-na təyin olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki