Gürcüstanın daxili işlər nazirinin keçmiş müavini Giorgi Lortkipanidze barədə cinayət işi açılıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.
G.Lortkipanidze eks-prezident Mixeil Saakaşvilinin Gürcüstan sərhədini qeyri-qanuni keçməsinə köməkliyə görə cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd edək ki, M.Saakaşvili bu ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Onun ölkəyə gizli yolla gəlməsi ilə bağlı 4 nəfər yaxalanıb.