image-4444444444444444444444backend

“Heroini 15 manata almışam”

image-reklam_sirab_01

Qazaxda qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini İlkin Budaqov saxlanılaraq polis şöbəsinə gətirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Veteninfo.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni Xəlil adlı şəxsdən 15 manata aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Xəlil Rzayev saxlanılan zaman onun üzərindən müxtəlif bükümlərdə narkotik maddə olan heroin və “patı” aşkar edilərək götürülüb.

Bundan başqa RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayonun Ağköynək kənd sakini, əvvəllər məhkum olunmuş Kamran Osmanov saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman müxtəlif bükümlərdə narkotik maddə olan heroin və marixuana aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki