image-367638_res_01backend

İbrahim Rəisi İranın yeni Prezidenti seçildi

image-reklam_sirab_01

İranın Seçki Qərargahının açıqlamasına əsasən, iyunun 18-də keçirilən prezident seçkilərində ümumi səslərin 62 faizini qazanan İbrahim Rəisi Prezident seçilib.

Veteninfo.az İranın KİV-ə istinadən bildirir ki, ilkin hesablamalara görə, İbrahim Rəisiyə 17 milyon 600 min nəfər səs verib. Həsən Ruhani yeni seçilən prezident İbrahim Rəisini təbrik edərək ona uğurlar arzulayıb.

Səslərin hesablanması prosesi davam edir.

10:57

İranın hazırkı Prezidenti Həsən Ruhani son seçkilərin qalibinin artıq məlum olduğunu bəyan edib.

H.Ruhani bu barədə dövlət televiziyasında çıxışı zamanı bildirib.

O, qalibi təbrik edib, ancaq adını açıqlamayıb.

“Xalqın seçdiyi şəxsi təbrik edirəm. Hələ rəsmi olaraq elan edilmədiyi üçün qanunu nəzərə alaraq rəsmi təbriki bir qədər təxirə salacağam. Kimin lazım olan səsləri ala bilməsi artıq məlumdur. 45 gündən sonra qalib prezident vəzifəsinin icrasına başlayacaq”, – Ruhani bildirib.

Artıq iki namizəd məhkəmə sisteminin başçısı İbrahim Rəisini seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

Prezidentliyə namizədi Möhsen Rezainin təbrikində vurğulanıb ki, “Ali lideri, İran xalqını və xalqın seçdiyi şəxsi, qardaşım İbrahim Rəisini təbrik edirəm”.

İranda prezident seçkiləri iyunun 18-də keçirilib. Prezident postu uğrunda əvvəlcə yeddi namizəd yarışıb, ancaq sonra onların üçü geri çəkilib. İran məhkəmə sisteminin başçısı İbrahim Rəisi, digər iki mühafizəkar siyasətçi – “Sepah”ın sabiq komandanı Möhsün Rezai və İran parlamenti sədrinin müavini Hüseyn Qazizadə Haşimi, habelə islahatçı, Mərkəzi Bankın sabiq rəhbəri Abdolnaser Hemmati seçkilərdə iştirak edib.

Xatırladaq ki, seçkilərin rəsmi nəticəsi bir neçə saatdan sonra açıqlanacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki