image-31backend

İki saat yarım davam edən görüş: İsrail və Fələstin qapalı danışıqlar aparıb

image-reklam_sirab_01

İsrailin müdafiə naziri, “Kahol-Laban” partiyasının lideri Beni Ganz öz evində Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasla görüş keçirib. Görüş təkbətək danışıqlar da daxil olmaqla iki saat yarım davam edib.

Ölkə mediası yazır ki, İsrailin baş naziri Naftali Bennet qarşıdakı görüş barədə məlumatlandırılıb. Media qeyd edib ki, tərəflər görüş zamanı çəkilə biləcək fotoşəkilləri dərc etməkdən imtina etmək barədə razılığa gəliblər.

İsrailin müdafiə naziri qonağa əvvəlki razılaşmalar fonunda iqtisadi əməkdaşlıq məsələlərində tərəflər arasında etimad yaratmaq niyyəti barədə məlumat verib. “Globes” xəbər verir ki, görüş iştirakçıları İsraildə iş icazəsi ala biləcək muxtariyyət sakinlərinin sayının artırılmasını müzakirə ediblər.

“Likud” partiyası İsrailin müdafiə naziri ilə Fələstin muxtariyyətinin liderinin görüşünü sərt şəkildə tənqid edib. “Bennet hökuməti Əbu Mazeni və fələstinliləri yenidən gündəmə gətirir. İsrailin təhlükəsizliyi üçün təhlükəli güzəştlər yalnız vaxt məsələsidir. Bennett-Saar-Lapid hökuməti İsrail üçün təhlükəlidir”, – partiyanın bəyanatında deyilir.

Həmas rəsmiləri də görüşü tənqid edib. Təşkilatın bəyanatında Əbu Mazenin Fələstin xalqının maraqlarını təmsil etmədiyi iddia edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki