image-368941_res_01backend

İkitərəfli görüşdə Lavrovun zarafatı Çavuşoğlunun xoşuna gəldi

image-reklam_sirab_01

Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında bu gün Antalyada keçirilən təkbətək görüş sona çatıb. Görüş başlamazdan əvvəl nazirlər iki ölkənin bayraqları qarşısında xatirə şəkli çəkdiriblər.

“RİA Novosti”nin məlumatına görə, bu zaman maraqlı hadisə yaşanıb. Belə ki, şəkil çəkdirmə mərasimində türkiyəli jurnalist bayrağın görünmədiyi səbəbindən Lavrovdan yerini dəyişməsini xahiş edib.

“Gördüyünüzü çəkin. Bizə nə etməli olduğumuzu deməyin”, – deyə Lavrov cavab verib.

Çavuşoğlu isə gülərək zarafatın onun xoşuna gəldiyini bildirib.

Qeyd edək ki, nazirlərin görüşündən sonra heyətlər arasında danışıqlara başlanıb. Toplantı mətbuata qapalı olaraq davam


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki