image-sefevibackend

İranın güclü hava qüvvələrinə ehtiyacı vardır-General Səfəvi 

image-reklam_sirab_01

Bu barədə İran Silahlı Qüvvələri Ali Baş Komandanının köməkçisi General-mayor Seyid Yəhya Səfəvi bildirib.

Veteninfo.az İranın dövlət agentliyinə istinad edərək xəbər verir ki, General-mayor Seyid Yəhya Səfəvi deyib ki, İranın hərtərəfli müdafiə strategiyası, Tehrandan 3000 kilometr radiusda hər hansı bir düşmənin İran istiqamətində hərəkət etmək niyyətində olduğu təqdirdə, onu tapıb hərəkətinin başlanğıc nöqtəsində məhv edilməsinə əsaslanmalıdır.General-mayor Seyid Yəhya Səfəvinin sözlərinə görə, İranın Silahlı Qüvvələrin Baş Qərargahı, Müdafiə Nazirliyi, bütövlükdə İslam Respublikası, regional və xaricdənkənar strategiyaya əsaslanaraq lazımi müdafiə siyasətini qəbul etməlidir: “Başqa sözlə, müdafiə dərinliyimiz Tehrandan üç min kilometr radiusda olmalıdır.Bu məsafəni qət edə biləcək güclü hava qüvvələrinə ehtiyacımız var”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki