İrəvan sakini, 30 yaşlı Mikael Q. İtaliyanın Ermənistandakı səfirliyinin ərazisinə soxulub.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Shamshayn.com” məlumat yayıb.
Qeyd edilir ki, həmin şəxs mühafizə xidmətinin əməkdaşları tərəfindən yerində yaxalanıb. Hadisə yerinə gələn asayiş keşikçiləri onu polis bölməsinə aparıblar.
Faktla bağlı araşdırma aparılır.