image-camall24backend

İrredentizm nədir?-CAMALƏDDİN QULİYEV YAZIR

image-reklam_sirab_01

Tarixçi alim, Baku Research Institute layihəsinin rəhbəri Altay Göyüşov Azərbaycanı Ermənistana hərbi təcavüzdə və irredentist siyasət yürürtməkdə ittiham edib. “Əliyevin Zəngəzur, İrəvan tipli irridentizminə cəmiyyət onun özündən daha çox inanır, dəstəkləyir. Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm” deyir Altay Göyüşov.

İrredentizm nədir?

İlk dəfə 19 –cu əsrdə Avstriya-Macarıstan imperiyasındakı keçmiş latın-italyan dilli əraziləri yeni yaranmış İtaliya dövlətinə birləşdirmək üçün hərəkat başlayanda bu hərəkata irredentizm adı verilmişdi. 19-cu əsrdə, 20-ci əsrdə Osmanlı, Avstriya-Macarıstan, Rusiya imperiyalaırnın xarabalıqları yerində cənubi slavyanları, yunanları, polyakları, erməniləri, ərəbləri vahid dövlətdə birləşdirmək, tarixi torpaqlara iddialar səslənəndə dünya buna elə də mənfi yanaşmayıb, əksinə bu təşəbbüslər dəstəklənib.

Amma elə İtaliyada Mussolini hakimiyyətə gəlib az qala bütün Aralıq dənizi hövzəsi ölkələrinə-qədim Roma torpaqları kimi ərazi iddiası irəli sürəndən, nəhayət, BMT yaranandan, sərhədlərin zorla dəyişdirilməsini istisna edən müasir dünya nizamı bərqərar olandan sonra irredentizm pozitiv cazibəsini tədricən itirdi və zərərli ideologiya kimi qəbul olunmağa başladı. Hərçənd 1950-60-cı illərdə Kipri Yunanıstanı birləşdirməyi özünə hədəf seçmiş “Enozis” və ya 80-90-cı illərdə Dağlıq Qarabağı Ermənistana ilhaq etməyə çalışan “Miatsum” hərəkatlarına belə birmənalı beynəlxalq qınaq olmadı.

Bəs Azərbaycan barəsində bu ittiham hardan qaynaqlanır?

Azərbaycan Prezidentinin irredentist siyasət yürütməkdə ittiham edilməsi yeni deyil. Londondakı “Conciliation Resources “ sülhyaratma təşkilatının proqram rəhbəri, Azərbaycan və Ermənistan haqda bir neçə tədqiqat, o cümlədən kitab müəllifi Lourens Broers ötən il avqustunda “Azərbaycan irredentiziminin qayıdışı” adlı yazı da dərc etmişdi. Yazıda Azərbaycan tərəfinin Zəngəzur dəhlizi ilə bağlı diskrusu tarixi torpaqlara qayıdış diskursuna çevirməsi səbəblərinə toxunulurdu. Müəllif obyektiv olmağa çalışaraq Ermənistanın uzun müddət yürütdüyü irredendist siyasətindən yazır, Qarabağ üzərində bitməyən iddialarına qarşı Azərbaycanın da Zəngəzurla bağlı iddiaları müzakirə etdiyini, bunun ayna üsulu ilə cavab olduğunu vurğulayırdı. Amma belə müzakirələrin sülh danışıqlarına mane olacağını və Azərbaycanın “qonşu ölkələrlə problemi olan dövlət” imici qazana biləcəyini qeyd edir, azərbaycançılıq ideologiyasının türk etnik millətçiliyi ilə əvəzlənə bilməsi perspektivi haqda da bəhs edirdi.

Azərbaycan irredentizmi haqda müzakirələr çox zaman Səddam Hüseyn müqayisəsi ilə də aparılıb. II Qarabağ müharibəsindən sonra bu müqayisə bir neçə dəfə ABŞ-ın müxtəlif KİV-lərində qatı antiazərbaycan mövqeyi ilə tanınan Maykl Rubin , rus mediasında İsmayıl Şabanov, İsveçin svantelundgren, Gürcüstanda Avropa İttifaqının maliyyəsi ilə yayımlanan “Oc-media” nəşrləri tərəfindən aparılıb.

Amma daha çox İran mediasında bu müqayisələrin ardıcıl aparıldığına, ittihamlar səsləndirilməsinə şahidi oluruq. “İran Diplomacy”, “Mashreghnews”, “Anaj”, “Al-Alam” tərəfindən Azərbaycan prezidenti barədə belə müqayisələr aparılıb, xoşagəlməz ifadələr səsləndirlib. Məşhur şeir qaqlmaqalından sonra İran parlamentinin sabiq komitə sədri Müctəba Zunnur tərəfindən Ərdoğan haqda da belə epitet səsləndirlmişdi.

İran mediasında Cənubi Azərbaycandakı mədəni və sosial haqlar uğrunda hərəkat əvvəllər daha çox pantürkizm adıyla damğalanırdısa, indi “panazərizm (panazərbaycanizm) təhlükəsi”ndən daha çox yazılır, II Qarabağ müharibəsindəki qələbədən sonra Zəngəzurun Azərbaycan tərəfindən ilhaq edilə biləcəyi, nəzərlərin Cənubi Azərbaycana yönələcəyi haqda qorxular dilə gətirilir.

Bəs, Altay Göyüşov niyə birdən-birə xaricdəki bu çoxçeşidli Azərbaycan bədxahlarının leksikonu ilə danışmağa, onların ittihamlarını səsləndirməyə başlasın ki?

Yəqin ki, rəhbərlik etdiyi layihənin əməkdaşlıq etdiyi xarici partnyorların, maliyyə mənbələrinin siyahısına nəzər salıb müəyyən cavablar tapmaq mümkündür. O əməkdaşların, o mənbələrin hansı səbəbə erməni irredentizmini deyil, Azərbaycanın bu iddialara ayna üsulu ilə cavabını qınamaqda maraqlı olmaları haqda düşünüb- düşünməməyi isə tarixçi professorun öz mühakiməsinə buraxaq.

Tanınmış ukraynalı alim, professor Taras Kuzyo ötən ilin sentyabrında ABŞ mediasında “Rus və erməni irredentizmi Avrasiyada sabitliyi poza bilər” başlığı ilə yazı dərc etmişdi. Təəssüf ki, alimin proqnozu bu ilin fevralında Ukraynaya hərbi təcavüz başladıqdan və dünən gecə erməni ordusunun növbəti təxribatlarından sonra özünü doğruldur. Məqaləni Altay Göyüşov kimi düşünənlərə cavab olaraq yenidən yayımlamaq pis olmazdı.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki