image-24backend

İsmayıllının alma bağlarından 5500 tondan çox məhsul yığılacağı gözlənilir

image-reklam_sirab_01

İsmayıllı rayonunda alma yığımı davam edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, mövcud olan 576 hektar alma bağının 342 hektarı bar verir. Son illər yeni salınan alma bağlarında daha çox yerli və rayonlaşdırılmış xarici sortlar əkilir. Yerli sortlardan daha çox bazarlarda alıcısı heç də az olmayan “Qızıləhmədi” sortuna maraq daha çoxdur. Belə ki, bu sort İsmayıllı rayonu üçün daha xarakterikdir, qidalılıq və əmtəəlik xüsusiyyətləri də yüksəkdir. Bu almanın tərkibində yetişdirildiyi ərazidən asılı olaraq 25 faizədək şəkərlilik olur. Həmçinin “Qızıləhmədi” insan orqanizmi üçün lazım olan dəmir və vitaminlərlə zəngindir.

Qeyd edək ki, mövcud bar verən alma bağlarından indiyədək 4390 ton məhsul yığılıb. Hər hektardan məhsuldarlıq 162,7 sentner təşkil edir. Bu da ötən illə müqayisədə 1,2 sentner çoxdur. Alma bağlarından cari ildə 5500 tondan çox məhsul yığılacağı gözlənilir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki