image-376702_res_01backend

İsrail həbsxanasından 6 fələstinli qaçıb

image-reklam_sirab_01

Altı fələstinli silahlısı dünən yüksək təhlükəsizlikli İsrail həbsxanasından qaçıb. Bu barədə Reuters xəbər verir. Qeyd olunur ki, beş məhbus “İslami Cihad” hərəkatına mənsubdur, biri isə FƏTH partiyası ilə bağlı silahlı qrupun keçmiş komandiri Zəkəriyyə Zubeydidir.

Məlumatlara görə, altı nəfər kamera yoldaşları idi və İsrailin şimalındakı “Gilboa” həbsxanasından tuneldən çıxıb.

Polis sözçüsü Eli Levi, “Kan” radiosuna verdiyi açıqlamada deyib edib ki, “gecə ərzində biz kənd təsərrüfatı sahələrindən şübhəli şəxslərlə bağlı bir çox müraciət almışıq. Daha sonra aşkar olunub ki, məhkumlar kameralarından itkin düşüb”.

Təhlükəsizlik qüvvələri hal-hazırda qaçanların axtarışı ilı məşğuldur. Qeyd olunur ki, onlar 2000-2005-ci illərdə israillilərə qarşı ölümcül hücumlar həyata keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki