image-806x378-son-dakika-israil-iranin-nukleer-programina-karsi-yeni-plan-1610637723817backend

İsrail İranla müharibəyə hazırlaşır?

image-reklam_sirab_01

image-372661_res_01İsrail müdafiə naziri Beni Ganz, İran və İsrail qarşıdurması ilə bağlı son hadisələri və İslam Respublikasının nüvə silahını əldə etməyinə yaxın olduğuna dair xəbərləri şərh edib.

Vesty.co.il nəşrinin məlumatına görə, İsrailin İrana hücum etməyə hazır olub-olmadığı barədə suala cavab verən Qanz “Bəli!” deyib.

“Dəfələrlə təkrar edirəm – müdafiə qabiliyyətimizi qorumağa və artırmağa borcluyuq”, – İsrailin müdafiə naziri vurğulayıb.

“Bəli və bu qabiliyyəti inkişaf etdirməliyik. Uğurlarımıza arxalanmağa haqqımız yoxdur. Bir neçə cəbhədə müharibə mümkündür və biz buna hazır olmalıyıq. İran təhlükəsinə qarşı fəal şəkildə mübarizə aparırıq. Hazırda Suriya, Livan və ya Qəzzadan olan agentlər ilə qarşılaşırıq. Axı İslam Cihadı Qəzzadan atəş açanda bunu İranın dəstəyi ilə edir. Bunu bilin, hər kəs bu zəncirləri uzun müddətdir öyrənir. Bir neçə istiqamətdə işləyirik və gələcəkdə də edəcəyik. Dünyadakı diplomatik və strateji cəhdlərimiz arasında həmişə bir tarazlıq tapmalıyıq, çünki İran yalnız İsrail probleminə çevrilə bilməz, bu, bütün dünya üçün problemdir. Dünya birliyi İranla üz -üzə gəlməlidir və hərbi baxımdan bu ümumi işə töhfə verəcəyik”, – Ganz qeyd edib.

İsrailin müdafiə naziri əlavə edib ki, “dünya ictimaiyyəti İranda baş verənlərə reaksiya verir, BMT Təhlükəsizlik Şurası bu mövzuda toplantı keçirir və bu yaxşıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki