image-1backend

İsrail ordusu yenə Livana zərbə endirdi

image-reklam_sirab_01

İsrail Livanın cənubundakı Xiyam qəsəbəsini artilleriya atəşi ilə yanaşı, qadağan olunmuş fosfor bombası ilə hədəf alıb.

Vətəninfo.az xəbər verir ki, İranın dəstəklədiyi Hizbullah hərəkatı isə İsrailin hücumlarına cavab verib.

Toqquşmalarda iki Hizbullah üzvü həyatını itirib.

Oktyabrın 8-dən etibarən İsrail ordusu ilə Hizbullah arasında davam edən qarşıdurmalarda ölən Hizbullah üzvlərinin sayı 278-ə yüksəlib.

Qeyd edək ki, dünən Hizbullahın Ərəb əl-Aramşe kəndinə təşkil etdiyi hücumda yaralanan İsrail əsgərlərinin sayı 19-a yüksəlib.

Bu barədə İsrailin KAN telekanalı məlumat yayıb.

İsrail ordusu Ərəb əl-Aramşe kəndinə pilotsuz uçuş aparatları və tank əleyhinə raketlərlə təşkil edilən hücumda 6-sı ağır olmaqla 14 əsgərin yaralandığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki