İsrailin pilotsuz uçuş aparatı Qəzza zolağının şimalına zərbə endirib. Bu barədə Fələstinin WAFA agentliyi bildirib. Məlumata əsasən, ən azı iki raket mərmisi Beyt-Lahiya şəhəri yaxınlığındakı əkin sahələri kimi istifadə edilən əraziyə düşüb. Bu da maddi ziyana gətirib çıxarıb. Ölən və yaralananlar barədə məlumat verilməyib.


























