Türkiyənin Sahil Xidməti Yunanıstanın ərazi sularından Türkiyə sahillərinə hərəkət edən 92 qanunsuz miqrantı xilas edib.
Bu barədə Vətəninfo.az “Anadolu”ya istinadən xəbər verir.
Miqrantların olduğu qayıq Türkiyənin qərbində yerləşən İzmir vilayətinin Çeşmə və Dikili rayonlarının sahillərində aşkar edilib.
Belə ki, Çeşmə sahillərində 82 nəfərdən ibarət 2 qrup xilas edilib.
Daha 10 nəfər isə Dikili sahillərində xilas edilib.
Miqrantlara yardım göstərilib və İzmir vilayəti üzrə Miqrasiya İdarəsinə çatdırılıb.