image-1630312992185554164_1000x669backend

Kabildə ABŞ-ın raket zərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb

image-reklam_sirab_01

Bazar günü ABŞ Silahlı Qüvvələrinin Əfqanıstanın paytaxtı Kabilə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

Veteninfo.az xəbər verir ki, bu barədə Al Jazeera telekanalı bazar ertəsi günü məlumat yayıb.

Məlumata görə, həlak olanların yeddisi iki yaşdan on yaşadək olan uşaqlardır. Hadisə qurbanlarının əksəriyyəti bir ailənin üzvləridir.

ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığının nümayəndəsi Uilyam Urban bildirib ki, Amerika hərbçiləri raket zərbəsi nəticəsində dinc sakinlərin həlak olmasına dair xəbərlər fonunda yoxlamalar aparırlar. O deyib ki, ABŞ İŞİD-in Əfqanıstandakı qruplaşması tərəfindən planlaşdırılan hücum təhlükəsini aradan qaldırmağa nail olub.

Əfqanıstan KİV-lərinin məlumatına əsasən, hücum nəticəsində iki nəqliyyat vasitəsi məhv edilib, yaşayış binası qismən dağılıb. Hadisə Kabil aeroportunun uçuş-eniş zolağı ilə birləşən Hacı-Buğra rayonunda baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki