image-bhbbhbackend

Kamçatkada qəzaya uğramış helikopter 110 metr dərinlikdə aşkarlandı

image-reklam_sirab_01

Dünən Kamçatkanın cənubunda Kuril gölünə düşən helikopter tapılıb. Bunu bölgənin qubernatoru Vladimir Solodov deyib. Onun sözlərinə görə, helikopter 110-111 metr dərinlikdədir və quyruq hissəsi sınıb. Solodov həmçinin bildirib ki, helikopterin digər hissələri bütöv qalıb.

Qeyd edək ki, göyərtəsində turistlərin olduğu təyyarə dünən Kuril gölünə düşüb. Helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub. Bu şəxslərdən 7-si sərnişin, 1-i isə ekipaj üzvü idi. image-gggggg


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki