image-373557_res_01backend

Keçmiş prezident Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verilir

image-reklam_sirab_01

Sudan hakimiyyəti, keçmiş prezident Ömər əl-Bəşiri  və daha iki keçmiş hakimiyyət nümayəndəsini  Beynəlxalq Cinayət Məhkəməsinə verəcək. Bu barədə Sudanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

1993-2019-cu illərdə Sudana rəhbərlik edən, həmin il aylarla davam edən xalq etirazlarından sonra ordu tərəfindən devrilib həbs edilən  Ömər əl-Bəşir hakimiyyətdən hərbi çevriliş yolu ilə uzaqlaşdırılaraq həbs edilib.

“Reuters” xəbər verir ki,  həmin iki şəxs keçmiş daxili işlər naziri Abdel Rahim Məhəmməd Hüseyin və əl-Bəşirin rejimində əsas şəxslərdən biri hesab olunan Əhməd Harundur. Onlar 2003-cü illərdə Sudanın cənubundakı Darfur əyalətində insanlığa qarşı hərbi cinayətlər və soyqırım törətməkdə ittiham olunurlar. Həmin münaqişədə 300 minədək adamın öldürüldüyü , 2,5 milyon nəfərin ev-eşiyindən didərgin düşdüyü bildirilir.image-373558_srcMəhkəmə 2019-cu ilin dekabrında əl-Bəşiri korrupsiyada günahkar bilərək, 2 il azadlıqdan məhrum edib. Lakin ona hökm çıxarılarkən 75 yaşı olduğundan, cəzanı həbsxanada yox, sosial müəssisədə çəkir.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən ona qarşı çıxarılan iki həbs qərarı da var. O, soyqırım, bəşəriyyətə qarşı cinayətlər və Sudanın Darfur əyalətindəki hərbi münaqişə zamanı törədilən hərbi cinayətlərdə ittiham edilir.

Veteninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki