image-19backend

KİV: Bill Klinton qan zəhərlənməsi ilə xəstəxanaya yerləşdirildi

image-reklam_sirab_01
Media ABŞ-ın keçmiş prezidenti Bill Klintonun İrvine Universitetinin Kaliforniya Tibbi Mərkəzində Covidlə bağlı olmadığı deyilən bir infeksiya üzündən xəstəxanaya yerləşdirildiyini yazıb.
Veteninfo.az CNN-ə istinadla xəbər verir ki, siyasətçinin qanının zəhərləndiyi bildirilir.
Keçmiş prezident sepsis olaraq bilinən qan zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.
“Sağalır, yaxşı əhval-ruhiyyədədir və həkimlərə sonsuz minnətdarlığını bildirir, tibb bacılarını və ona əla qulluq göstərən işçiləri soruşur”, – CNN telekanalının aparıcısı Kris Kuomo şousunun əvvəlində deyib.
75 yaşlı keçmiş dünya lideri çərşənbə axşamı günü Klinton Vəqfi ilə əlaqəli bir tədbirdə Kaliforniyada olarkən özünü pis hiss edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki