Ermənistanın Baş prokuroru Artur Davtyanın 2022-ci ildə səlahiyyət müddəti başa çatdığına görə yerinə kadr axtarıılır.
Vətəninfo.az xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, Baş prokuror vəzifəsinə Ermənistan Milli Təhlükəsizlik Xidməti direktorunun müavini Andranik Simonyanın namizədliyi müzakirə olununur. Qeyd olunub ki, xidmətdə onu bu sistemin siması hesab etmir, Milli Təhlüksizlik Xidmətinin keçmiş direktoru Arqişti Kərəmyan kimi A.Simonyanı da təsadüfi adam sayırlar.
“Siyasi hakimiyyət səlahiyyət müddət başa çatanadək kadr yerdəyişməsi və onun yerinə yenisini təyin etmək üçün Baş prokuroru tutduğu vəzifədən azad edəcəkmi?”, – məqalədə sual edilib.