image-8backend

Koronavirusun daha bir ştamı aşkarlandı

image-reklam_sirab_01

Fransanın cənubunda koronavirusun yeni ştamı aşkarlanıb. Bu barədə Avstriyanın “Heute” qəzetinin elektron versiyasında məlumat yayılıb. Nəşr qeyd edib ki, naməlum ştamm Kamerundan Fransaya qayıdan səyahətçilərdə aşkarlanıb. Mütəxəssislər virusun bu ştamının Afrika ölkəsində geniş yayıldığını istisna etmirlər. Qəzet yazır ki, testlər bütün yoluxmuş insanlarda mutasiyanın yeni birləşməsini aşkarlayıb.

Yeni versiya B.1.640.2 adını alıb və Marsel həkimləri tərəfindən kəşf edilib. Fransız alimlərinin araşdırmasında yeni variantda 46 mutasiyanın müəyyən olunduğu bildirilir. Bu ştamın təhlükəsi və ya yoluxma səviyyəsi məlum deyil.

Fransanın cənubunda yeni mutasiyanın aşkar edilməsi ilə bağlı məlumat bazar ertəsi axşam da ən böyük almandilli mediada yayılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki