image-960318backend

Körpə uşaqların qatili olan qadın ifşa olunaraq edam edilib – Qandonduran hadisə – VİDEO – FOTO

image-reklam_sirab_01

Seriyalı qatillər tarixdə öz dəhşətli əməlləri ilə iz qoyublar. Onlardan Ameliya Dayer adlı qadın “xeyirxah niyyətlərlə” örtülərək, bir neçə yüz körpə uşağı həyatdan məhrum edib…

Onun təcrübəsi sübut edir ki, yaxşılıq adı altında bəzən qeyri-insani qəddarlıq, daşürəklilik və psixikanın açıq nasazlığı gizlənir və uşaqları dayəyə etibar edərkən bir daha ciddi düşünməyə əsas verir.

Veteninfo.az  dəyərli oxucularını körpə uşaqların qatili, sonda ifşa olunaraq edam edilən Ameliya Dayer haqda məlumatlandırır.

Ameliya Dayer – viktorian dövrünün ən amansız qatili.

Ameliya çoxuşaqlı ailədə – Bristol şəhərində doğulub. Uşaqlıqdan onun payına ağır sınaqlar düşüb – o, 4 kiçik qardaş və bacısının və ağıldan məhrum olmuş anasının qayğısına qalmağa məcbur idi.

Böyüyüb, Ameliya tibb bacısı kurslarını bitirir və kəbinsiz uşaq dünyaya gətirən qızlara kömək etməyə başlayır. Ameliya yeni doğulmuş körpələri öz himayəsinə götürməyi təklif edir, bununla da qızlara biabırçılıqdan qurtulmağa şərait yaradırdı.

Ameliya ingilislərin təbirincə desək, “beybi-fermer” idi – bildiyimiz dayəliyin bir forması. O, əsasən kəbinsiz doğulan uşaqların ailələrinə guya yardım etmək məqsədilə körpələri öz qəyyumluğu altına alırdı. Əslində isə, onun əlinə düşmüş müdafiəsiz körpələri öldürür, cəsədlərini Temzaya atırdı.

Ameliya Dayerin cinayətləri haqqında qəzetdə nəşr.

Ameliya Dayer ölüm cəzasına məhkum edilib.

Öldürülərək çaya atılmış bir uşağın örtüyündə qatilin diqqətindən yayınaraq zərf qalır. Tapılmış bu dəlil müstəntiqləri Ameliya Dayerə gətirib çıxarır.

Bütovlükdə, “beybi-fermer”lik Britaniyada geniş yayılmışdı. Buna səbəblər var idi: birincisi, bir çox qızlar biabırçılıqdan çəkinirdilər, ikincisi, hamiləliyə qarşı dərman hələ ixtira edilməmişdi, üçüncüsü, qanun kişilərə öz kəbinsiz uşaqlarını saxlamağa imkan vermirdi. Bu baxımdan, təsadüfi münasibətlərdən doğulan uşaqları böyütmək üçün həmişəlik dayələrə verirdilər./Milli.Az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki