image-makronbackend

Makron yenidən namizəd olmaq istəyir

image-reklam_sirab_01

Veteninfo.az xarici KİV-ə isitnadən xəbər verir ki, Fransa prezidenti Emanuel Makron apreldə keçiriləcək prezident seçkilərində iştirak etmək istədiyini, lakin namizədliyini rəsmən açıqlamadığını bildirib. O, Parisien qəzetinin oxucularının sualını belə cavablandırıb. “Heç bir əsassız gözlənti yoxdur. Mən istəyirəm:Buna imkan verəcək sanitar şərait yaranan kimi məsələni özüm üçün aydınlaşdıracam, deyəcəm. Bu qərar mənim içimdə möhkəmlənir”

Makron bildirib ki, İstədiyi qədər gedə biləcəyinə əmin olmalıdır.

Qeyd edək ki, Fransada prezident seçkiləri bu ilin aprelində keçiriləcək. Artıq 30-dan çox namizəd, o cümlədən Milli Birlik Partiyasının lideri Marin Le Pen, “itaətsiz Fransa” partiyasının lideri Jan-Lük Melanşon və mərkəz-sağçıların respublikaçı namizədi Valeri Pekres də daxil olmaqla, prezidentliyə namizəd olmaq niyyətini açıqlayıb.  Eyni zamanda “Yenidən Fəth” partiyasının yarandığını elan edən yazıçı Erik Zemur və Avropa-Ətraf mühit-Yaşıllar partiyasının üzvü Yannik Jado da namizəd olmaq niyyətindədor.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki