image-b725deb3-753f-3267-93a7-200c42b148cf_850backend

Marqvelaşvili Saakaşvilinin partiyasına sədrliyi barədə: “100 faiz yalandır”

image-reklam_sirab_01

Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili Mixeil Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri olacağı barədə yayılan informasiyaları təkzib edib.

Veteninfo.az-ın yerli bürosu xəbər verir ki, o, bu barədə “Formula” telekanalına müsahibəsində bildirib.

“Bu tamamilə, 100 faiz yalandır. Nə təklif, nə müzakirə, nə hazırlıq, nə də buna bənzər nəsə olub” – G.Marqvelaşvili deyib.

Onun sözlərinə görə, Ukraynaya səfərdən öncə M.Saakaşvili ilə yazışması olub:

“Biz Ukraynaya bir yerdə getməyi planlaşdırmışdıq. Görünən odur ki, onların bu cür uydurma qalmaqalları var və digər hadisələrin üstünü örtmək üçün onlardan istifadə edirlər”.

Qeyd edək ki, bu gün yerli mətbuatın yaydığı məlumata əsasən G.Marqvelaşvili VMHP-nin sədri olacaq. Partiya da yayılan məlumatı təkzib edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image