image-27backend

MDB Müşahidə Missiyasının rəhbəri Özbəkistandakı seçkiləri qiymətləndirib

image-reklam_sirab_01

“Özbəkistanda prezident seçkiləri şəffaf və demokratik şəraitdə keçirilib”.

Veteninfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu MDB-nin İcraçı katibi, MDB Müşahidə Missiyasının rəhbəri Sergey Lebedev bildirib.

Dünən Özbəkistanda keçirilmiş prezident seçkilərində seçicilərin 33%-i iştirak etdiyindən seçkilər baş tutmuş hesab olunur.

“Özbəkistanda prezident seçkiləri şəffaf və demokratik şəraitdə keçirilib”, – Lebedev MDB Müşahidə Missiyasının seçkilərin nəticələrinə həsr olunmuş brifinqində bildirib.

Onun sözlərinə görə, bütün namizədlərə bərabər imkanlar yaradılıb, seçkilər rəqabətli şəraitdə keçirilib: “Seçkilərdə 5 namizədin iştirak etməsi seçki kampaniyasında və seçkilərdə rəqabətliliyinin göstəricisidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki