image-resize-3backend

“Mən türk mallarının satışına qadağa söz verməmişəm” – Erməni nazir

image-reklam_sirab_01

“Mən türk mallarının satışının qadağan olacağına söz verməmişəm”.

Bunu Ermənistanın İqtisadiyyat naziri vəzifəsini icra edən Vaan Kerobyan deyib. O, belə bir ehtimalın yalnız nəzərdən keçirildiyini qeyd edib.

Vaan Kerobyanın sözlərinə görə, türk mallarının idxalına qoyulan qadağaya baxmayaraq, onları yenə gətirməyə davam edirlər. Bu isə bazarda qeyri-bərabər rəqabətə səbəb olur.

“Bugünkü problem qadağanın pozulmasına görə hansı orqanın və kimlərin məsuliyyət daşdığı barədə qərar verməklə də bağlıdır” – Kerobyan deyib.

Xatırladaq ki, Türk məhsullarının idxalına altı aylıq qadağa Ermənistanda 31 dekabr 2020-ci ildən qüvvəyə minib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki