image-92backend

MN: “Türkiyə azad olunan ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək verir”

image-reklam_sirab_01

“Azərbaycan 30 ildir işğal altındakı torpaqlarını 44 gün davam edən “Tək Vətən hərəkatı” ilə Ermənistan işğalından azad edib. Bu müddətdə Türkiyə də haqlı mübarizəsində azərbaycanlı qardaşlarının yanında olub”.

Veteninfo.az xəbər verir ki, bu fikirlər Türkiyə Milli Müdafiə Nazirliyinin bu gün keçirdiyi həftəlik brifinqdə səsləndirilib.

“Müharibədən sonra imzalanan atəşkəs sazişi ilə Ağdamda qurulan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və Rusiya hərbçiləri birlikdə çalışmaqda, atəşkəsin davamlı olması və sabitlik üçün əmək sərf etməkdədirlər. Hazırda Türkiyə Silahlı Qüvvələri azad olunan ərazilərdə minaların axtarılması və təmizlənməsi işində Azərbaycana dəstək verməkdə davam edir”, – brifinqdə deyilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki