image-48backend

Moskvada keçiddə atışma olub, yaralanan var

image-reklam_sirab_01

Rusiyanın paytaxtı Moskvada “Lenin adına kitabxana” metro stansiyasının yeraltı keçidində baş verən atışma nəticəsində bir nəfər yaralanıb.

Veteninfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsi məlumat yayıb.

Bildirib ki, keçiddə iki kişi arasında mübahisə düşüb. Bu, sonradan atışmaya səbəb olub. Atəşi mübahisə edənlərdən bir açıb və digəri yaralanıb. Yaralı hospitala yerləşdirilib.

Atəş açan şəxs tutulub. Ona qarşı xuluqanlıq maddəsi üzrə cinayət işi başlanıb. Bu maddəyə görə, təqsirləndirilən şəxs 500 min rubldan (7 min dollara yaxın) bir milyon rubladək (təxminən 14 min dollar) cərimələnir, yaxud 7 ilədək azadlıqdan məhrum ounur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki