image-4-1backend

Müstəqilliyin Bərpası Günü Peruda da qeyd olunub

image-reklam_sirab_01

Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə Perudakı diplomatik nümayəndəliyimizdə tədbir təşkil edilib.

 

Tədbirin əvvəlində Azərbaycanın Vətən müharibəsində həlak olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Peruda akkreditə olunmuş diplomatik korpusun üzvləri, konqresmenlər, Peru XİN və Lima şəhər meriyasının nümayəndələri və yerli KİV təmsilçilərinin iştirakı ilə baş tutmuş tədbirdə qonaqlara Azərbaycanın dövlətçilik tarixi, müstəqilliyin bərpasından sonrakı çətinliklər, Ulu öndər Heydər Əliyevin Azərbaycanın müasir tarixindəki müstəsna xidmətləri və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qazandığı uğurlar haqda məlumat verilib.

 

Tədbirdə tanınmış klassik Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib, ölkəmizin tarixi və mədəniyyətinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib və qonaqlara Azərbaycan milli mətbəxindən nümunələr təqdim edilib.

 

Bununla yanaşı, müstəqilliyimizin bərpasının 30-cu ildönümü şərəfinə paytaxt Limanın əsas tarixi rayonu olan Miraflores bələdiyyəsinin binası Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

image-peru-4 image-peru-2 image-peru-3 image-1-1 image-2-1 image-3-1 image-peru-1 image-4-1 image-7


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki