“Rusiyanın xüsusilə Ukraynanın şərqinə kökləndiyini görürük. Mariupolda uzun müddətdir davam edən savaş var. Hər iki tərəfin hərbçiləri xaricində Ukrayna tərəfində “Azov” qrupu mövcuddur, müxtəlif bölgələrdən döyüşçülər də burada var. Bundan dolayı nəzarət mürəkkəbdir. Hər iki tərəfin açıqlamalarına baxmayaraq, humanitar dəhlizlərlə bağlı məsələ reallaşmadı. Müxtəlif metodlarla təxliyələr gerçəkləşdik”.
Veteninfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkənin NTV telekanalına müsahibəsində söyləyib.
“Xeyli sayda dinc sakin var, eyni zamanda çox sayda yaralı hərbçilər var. Bu istiqamətdə bizə təkliflər gəlib. Biz isə dəniz üzərindən dəhliz açılarsa, oradan dinc sakin və yaralı hərbçilərin təxliyəsini təmin edə biləcəyimizi bildirdik”, – XİN başçısı vurğulayıb.