“Çətinliklərə baxmayaraq, bu gün Ermənistan və Gürcüstan arasında münasibətlər keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyub və müxtəlif sahələrdə uğurlar əldə olunub”.
Vətəninfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən Gürcüstan və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında deyib.
O bildirib ki, ikitərəfli münasibətlərin gündəliyi bir sıra sahələri əhatə edir: “Ermənistan ilə Gürcüstan arasında dostluq münasibətləri regionda sülh və sabitliyin qorunmasına töhfə verir”.