image-59backend

Nikol Paşinyan: “Ölkə xəstəxanalarında yer yoxdur”

image-reklam_sirab_01

“Koronavirusa yoluxan xəstələrin sayı çoxdur, hospitalda yer yoxdur, Ermənistanın səhiyyə sistemi çox yüklənib”.

Veteninfo.az “Aysor”a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin noyabrın 4-də keçirilən iclasında bildirib.

“Koronavirusdan hər gün çoxlu sayda insan ölür. Biz hər gün çoxsaylı faciələr qeydə alırıq. Bütün bunlardan xilas olmağın yeganə yolu vaksinasiyadır”, – deyə o vurğulayıb.

N.Paşinyan deyib ki, gələn həftədən Ermənistanda COVID-19-a yoluxanların sayında azalma müşahidə olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki