image-pasikbackend

Nikol Paşinyan orduda maliyyə dayaqlarına nəzarəti etibarlı adamına tapşırdı

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan ordusunda maliyyə dayaqlarına nəzarəti əldə saxlamaq məqsədi ilə addım atıb.

Belə ki, Paşinyan ona yaxınlığı ilə bilinən Ermənistan maliyyə nazirinin birinci müavini Karen Brutyanı vəzifəsindən azad edərək,onu müdafiə nazirinin müavini təyin edib. Məlumata görə, beynəlxalq qurumlar da daxil olmaqla bir sıra strukturlarda maliyyə və iqtisadi məsləhətçi kimi çalışıb. Brutyan 2016 -cı ildə Baş prokurorun müşaviri, 2016 -cı ildən 2018 -ci ilə qədər Dövlət Gəlirləri Komitəsi rəhbərinin müşaviri olub. 22 may 2018 -ci ildə Maliyyə Nazirinin müavini təyin edilib. Qeyd edək ki, Paşinyan davamlı olaraq çıxışlarında Ermənistan ordusuna ayrılan milyonlarla vəsaitin mənimsənildiyin vurğulayıb və keçmiş rəhbərlikləri orduya ayrılan pulları oğurlamaqda ittiham edib. Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki