image-21backend

Ölüm templəri artır: Türkiyədə bu gün koronavirusdan 192 nəfər dünyasını dəyişib

image-reklam_sirab_01

Türkiyədə son sutkada koronavirusdan 192 nəfər ölüb. Ölkənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twitter səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin koronavirusla bağlı yayınladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 356 254 nəfərin test edildiyi, 20 874 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 29 883 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 121 276 848 peyvənd tətbiq edilib ki, bunun 90,94 faizi birinci, 81,81 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki