image-5backend

Özbəkistanda fəhlə yataqxanasında yanğın olub, 18 nəfər yaralanıb

image-reklam_sirab_01

Özbəkistanın paytaxtı Daşkənddə fəhlə yataqxanalarından birində təbii qaz nəticəsində baş verən partlayış nəticəsində 18 nəfər yaralanıb.

Veteninfo.az TASS-a istinadən xəbər verir ki, məlumatı Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, 18 nəfər müxtəlif dərəcəli yanğın diaqnozu ilə hospitala yerləşdirilib.

Məlumata görə, partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki