Özbəkistanın cənubunda Surxandarin vilayətinin Denau şəhərində ticarət mərkəzində partlayışdan sonra baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.
Vətəninfo.az xəbər verir ki, məlumatı “kun.uz” yayıb.
Bildirilib ki, hadisə dekabrın 7-də səhər saatlarında baş verib. İlkin məlumata görə, hadisəyə səbəb qaz sızması olub. Qəza baş verən ərazidə xilasedicilər və hökumət komissiyası fəaliyyət göstərir.