image-indirbackend

Paşinyan da Putinlə telefonla danışdı

image-reklam_sirab_01

Paşinyanın sözlərinə görə,Putinin regional sabitliyin qorunmasında  rolu Ermənistanda yüksək qiymətləndirilir.

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı keçirib.

Veteninfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Rusiya liderini ad günü münasibətilə təbrik edərək ona cansağlığı və belə yüksək vəzifədə bütün plan və vəzifələrin uğurla həyata keçirilməsini arzulayıb..

Paşinyan telefon danışığı zamanı vurğulayıb ki, erməni xalqı və Ermənistan Putinin bölgədə sülhün və sabitliyin qorunmasında göstərdiyi səyləri və müstəsna rolunu yüksək qiymətləndirir. O Putinə Ermənistana göstərilən diqqətə görə Rusiya Federasiyası Prezidentinə təşəkkürünü də bildirib.

Rusiya Prezidenti təbriklərə görə minnətdarlığını bildirib və Rusiyanın strateji tərəfdaşı olan Ermənistanla sıx əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Tərəflər ikitərəfli gündəmdəki məsələləri müzakirə etməklə yanaşı, bölgədəki vəziyyətə və davam edən proseslərə də toxunublar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki