image-1624081696_pasinyanbackend

Paşinyan hərbi xərcləri 11 faiz artırdı-725 milyon dollar olacaq

image-reklam_sirab_01

Ermənistanın baş nazirinin sözlərinə görə, müdafiə büdcəsi, mülki infrastruktur layihələrinin xərcləri də tədricən artacaq.

 

2022-ci ildə Ermənistanın müdafiə büdcəsi 11% artacaq.

Veteninfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki,bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə gələn ilin dövlət büdcəsi layihəsini təqdim edərkən deyib.

 

Ümumilikdə müdafiəyə 345 milyard dram (təxminən 725 milyon dollar – red.) ayrılacaq.

“2022 -ci il üçün müdafiə büdcəsi 2021 -ci illə müqayisədə 11% çoxdur və 345 milyard dramdan çoxdur. Ermənistanda peşəkar bir ordu yaratmaq niyyətindəyik, amma bunu hamar, düşünülmüş addımlarla edəcəyik”, – Ermənistan hökumətinin başçısı bildirib. Paşinyan əlavə edib ki, Ermənistan  yeni silah növlərinin alınmasını davam etdirir, həmçinin Ermənistan sərhədlərinin mühafizəsini mərhələli şəkildə müqavilə əsasında həyata keçirir.

Nazirlər Kabinetinin rəhbəri onu da əlavə edib ki, Ermənistanda sərhəd xidməti gücləndiriləcək. O qeyd edib ki, gələcəkdə ölkə sərhədlərində yalnız sərhəd qoşunları yerləşdiriləcək.

Azərbaycanın silahlə qüvvələrinin faktiki olaraq mövcud oluğu ərazilərin Azərbaycanın qanuni əraziləri olduğunu bir daha danan Paşinyan deyib ki, Azərbaycan ordusunun Ermənistanın sərhədyanı  ərazilərindən çıxarılmasının, eləcə də iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlanmasının bunun üçün əlverişli şərait yaradacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki