image-362395_res_01backend

Paşinyan müxalifətə xəbərdarlıq etdi: ehtiyat planımız var

image-reklam_sirab_01

Hakim “Mənim addımım” fraksiyası Milli Məclisin növbədənkənar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi prosedurunun başlanması üçün baş nazir postuna hökumət başçısı vəzifəsini icra edən Nikol Paşinyanın namizədliyini irəli sürüb

Veteninfo.az xəbər verir  ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Fraksiyanın rəhbəri Lilit Makunts xatırladıb ki, Paşinyanın Ermənistan prezidenti, “Çiçəklənən Ermənistan” və “Parlaq Ermənistan” partiyalarının liderləri ilə danışıqları zamanı tərəflər seçkilərin iyunun 20-də keçirilməsinə razı olublar.
Onun sözlərinə görə, qanunvericilik bunun üçün yalnız bir imkan verir – parlament baş naziri iki dəfə seçməməlidir. “Mənim addımım” bloku məhz bu məqsədlə Nikol Paşinyanın namizədliyini irəli sürüb.
Eyni zamanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, “Mənim addımım” fraksiyası Ermənistanın yeni baş nazirini seçəcək –  əgər siyasi qüvvələr razılaşmanı pozsalar və Ermənistan Nazirlər Kabinetinin başçısı postuna namizəd irəli sürsələr.
“Razılığa gəldiyimiz kimi, bu gün biz parlamentin buraxılması və növbədənkənar seçkinin keçirilməsi üçün yeni baş nazir seçməyəcəyik. Yeni baş nazirin seçilməsinin ikinci mərhələsində siyasi qüvvələrin razılaşmanı pozacağı (namizədlər irəli sürəcəyi) barədə bəzi söhbətlər var. Ancaq bizim bu variant üçün də planlaşdırılmış addımlarımız var. Bu halda “Mənim addımım” fraksiyası sadəcə yeni baş nazir seçəcək”, – deyə TASS N.Paşinyandan sitat gətirib.
Xatırladaq ki, 18 martda baş nazir Nikol Paşinyan Ermənistanda 20 iyun tarixində erkən parlament seçkilərinin keçiriləcəyini bildirib. 25 apreldə isə istefasını elan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki