image-22741873backend

Paşinyan Putinə təşəkkür etdi

image-reklam_sirab_01

Paşinyan, Rusiya prezidenti Vladimir Putinə və baş nazir Mixail Mişustinə Ermənistanı və erməni xalqını dəstəklədiklərinə görə təşəkkür etdi.

Paşinyan Aİİ və KTMT ilə əlaqələri inkişaf etdirəcəyini də vuğrulamaqla bərabər Rusiya prezidenti Vladimir Putinə və baş nazir Mixail Mişustinə Ermənistanı və erməni xalqını dəstəklədiyinə görə təşəkkürünü bildirib. Eyni zamanda Paşinyan ABŞ prezidenti Joe Biden, Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyası sədri Charles Michel, habelə qonşu ölkələrin liderlərinə – İran Prezidenti Həsən Ruhaniyə və Gürcüstanın Baş naziri İrakli Qaribaşiviliyə təşəkkürünü bildirib.

Daha sonra Paşinyan, Avrasiya İttifaqı və KTMT ölkələrinin liderlərinə minnətdarlığını bildirərək, Ermənistan hakimiyyətinin bu təşkilatlarla əlaqələri inkişaf etdirmək əzmində olduğunu qeyd etdi.

“Biz mütləq bu istiqamətdə hərəkət edəcəyik və bunun üzərində işləyəcəyik” dedi Paşinyan qey edib.

Qetd edək ki, 20 iyunda Ermənistanda erkən parlament seçkiləri keçirilib və seçkilərdə  25 siyasi qüvvə – 21 partiya və 4 blok iştirak edib.  Səslərin hesablanması hələ başa çatmayıb, lakin mövcud nəticələrə görə Baş nazir Nikol Paşinyanın lideri olduğu “Mülki Müqavilə” bloku seçkilərə böyük fərqlə liderlik edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki